22 Dekabr 2024, Bazar

Dünən Heydər Əliyev adına tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Namiq Məmmədov açmışdır.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, iyirminci yüzillikdə şəxsiyyət böyüklüyünün, şəxsiyyət əzəmətinin fövqünə yüksələrək böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan dahilər sırasında ulu öndər Heydər Əliyevin öz yeri, öz dəst-xətti vardır. Dahilərə xas olan böyük xüsusiyyətləri – Vətənə, xalqa bağlılığı, yüksək təşkilatçılıq qabiliyyətini, siyasi təfəkkürü, istedadı, dəmir iradəni, səbri, təmkini, digər ali insani keyfiyyətləri özündə cəmləşdirən ulu öndər respublikamızın bu günü və gələcəyi üçün misilsiz xidmətlər göstərmişdir. Azərbaycan tarixinin 1969-cu ildən sonrakı dövrü bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Azərbaycanın dövlətçilik tarixinin ən şanlı və parlaq səhifələri ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illəri əhatə edir. 1969-1982-ci illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan ittifaq respublikaları arasında ən yüksək pilləyə yüksəlmişdir. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ulu öndərimiz tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır.
Sonda ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slayd nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR