22 Dekabr 2024, Bazar

Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının atası və rəhbəridir.
Azərbaycanın son 34 illik tarixi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Sovet rejimi dövründə də, müstəqillik mərhələsində də respublikamızın bütün inkişafının əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, ardıcıl və məqsədyönlü fəaliyyəti dayanır.
Müstəqil Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyevin şah əsəridir.
Düşməndən, işğaldan qorunub saxlanılmış və qurulub möhkəmləndirilmiş Naxçıvan Muxtar Respublikası çətin illərdə bu qədim diyarda yaşayıb işləmiş Heydər Əliyevin müstəqil Azərbaycana ən böyük töhfələrindən biridir.

Müxtəlif illərdə 4 dəfə Naxçıvan Dövlət Universitetində olmuş Heydər Əliyevin çıxışları, tapşırıqları və tövsiyələri bizim ali təhsil ocağının həmişəlik fəaliyyət proqramıdır.
Ümumiyyətlə, Azərbaycanın müstəqillik dövrünün bundan sonrakı inkişafı da Heydər Əliyevin ideyalarından nur alacaqdır.
Sınaqlardan çıxmış, özünü həyatda təsdiq etmiş Heydər Əliyevin təlimi Azərbaycanın müstəqil dövlət kimi, azərbaycanlıların bir xalq kimi əsas inkişaf proqramından ibarətdir.
Azərbaycan dövləti və xalqı qarşısındakı böyük əvəzsiz xidmətlərinə görə Heydər Əliyevin adı layiqli şəkildə əbədiləşdirilməlidir.

İsa HƏBİBBƏYLİ
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik

16 dekabr 2003-cü il

*  *  *

Dünya siyasət tacının sahibi  Heydər Əlirza oğlu Əliyevi Ulu Tanrı təkcə Azərbaycan xalqı üçün deyil, qəlbi daim sülh, əmin-amanlıq, intibah eşqi ilə döyünən bütün tərəqqipərvər bəşəriyyət üçün göndərmişdi. İlahi düşüncə tərzi və fitri idarəçilik qabiliyyətinə malik olan bu zəka Günəşi Azərbaycan səmasında parlasa da, onun insanlığa xidmət edən nurlu şəfəqlərindən bütün dünya faydalanmış, faydalanır və faydalanacaqdır.
Heydər Əliyev XX əsrin sonlarına doğru fırtınalar, təlatümlər dövründə əzmlə qurub-yaratdığı müstəqil Azərbaycanın təkrarolunmaz milli lideri və xilaskar oğludur. Məmləkətimizin sağlam düşüncəyə malik hər bir vicdanlı oğul və qızının qəlbində özünə möhtəşəm məhəbbət, sevgi və inam heykəli ucaltmış bu dahi şəxsiyyət ulu xalqımızın vüqarlı tarixində əbədiyaşarlıq statusu qazanmışdır.
Bu gün həyatdan cismən ayrılıb axirət dünyasına qovuşsa da, onun öz Vətəni, xalqı qarşısında saya gəlməyən nurlu əməlləri gələcək nəsillərə ən dəyərli ərməğan olacaqdır.
Bu matəm günlərində dahi şəxsiyyətin ruhu qarşısında dönə-dönə baş əyir və ürəkağrısı, qəlb yanğısı ilə deyirəm: Səcdəgaha çevrilən qərənfil libaslı məzarın daim nura qərq olsun.

Cəfər KƏRİMOV
jurnalist

16 dekabr 2003-cü il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR