22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açaraq “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzə edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri təkcə qurub-yaratdıqları ilə məhdudlaşmır. Onun ideyaları hər an bizim elmimizin, təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında, ordumuzun möhkəmləndirilməsində özünü göstərir. Bu böyük şəxsiyyətin parlaq əməlləri, möhtəşəm fəaliyyəti dünya durduqca nəsillərə örnəkdir. Yurdu, milləti sevməyin, ona fədakar xidmət etməyin, əsl dövlət başçısı və xalq adamı olmağın etalonu da məhz ümummilli lideri­mizdir.

1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı, ilk növbədə, Azərbaycanın varlığını və müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, xalqımızı böyük fəlakətdən hifz etdi. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti  sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, iqtisadi islahatlar həyata keçirildi.
Bildirilib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan  Prezidenti cənab İlham Əliyev ulu öndərin bütün sahələrdə apardığı işləri uğurla davam etdirir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvanın da böyük tərəqqi yolunda olduğunu, əsl intibah dövrünü yaşadığını diqqətə çatdıran natiq vurğulayıb ki, blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, ulu diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən böyük quruculuq işləri  muxtar respublikamızın hərtərəfli inkişafına təkan verir. Bütün bunlar  Heydər Əliyev siyasətinin muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir.
Məruzə ətrafında müzakirələrdə partiya fəalları Eldar Zeynalovun, Elvin Məmmədovun, Əli Qənbərovun, Azər Məmmədovun çıxışları olub. Bildirilib ki, xalqımızın dahi oğlu Heydər Əliyev bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır, sabah da yaşayacaq. Çünki Azərbaycan ulu öndərimizin uzaqgörən siyasəti hesabına bu gün özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev ideyaları da yaşayacaq. Bu ideyalar Azərbaycanı daha xoş sabahlara aparacaq.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR