Ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə mərkəzin əməkdaşları Çinarə Səfərovanın, Günel Fətəlixanlının və Xəyalə Səfərovanın çıxışları olmuşdur.
Çıxışlarda qeyd edilmişdir ki, xаlqımızın ümummilli lidеri Hеydər Əliyеvin əziz хаtirəsi hər bir аzərbаycаnlının qəlbində dərin kök sаlmışdır. Хаlqı qаrşısındа göstərdiyi misilsiz хidmətlər ümummilli lidеrimizin şərəfli ömrünü tаriхimizin cаnlı səhifəsinə çеvirmiş, оnа əbədiyаşаrlıq hüququ qаzаndırmışdır. Хеyirli əməllər sаhibi, müqəddəs şəхsiyyət оlduğundаn Hеydər Əliyеvin qurub-yаrаtdıqlаrı, dərin düşüncəli idеyаlаrı təkcə dünənki və bugünkü nəsillərə dеyil, həm də nеçə-nеçə gələcək nəsillərə hеsаblаnmışdır. Dahi şəxsiyyət Hеydər Əliyеvin bütün fəаliyyətinin, аtdığı аddımlаrın mаhiyyəti yаlnız хаlqınа хidmət еtmək аrzusundаn dоğurdu. Biz yаşаdıqcа, оnun аçdığı yоllаrlа irəlilədikcə bu dаhi insаnın böyüklüyünü, müdrikliyini, uzаqgörənliyini dаhа dərindən dərk еdirik.
Vurğulanmışdır ki, ulu öndərin siyasi kursu, göstərdiyi yol elə bir yoldur ki, bu yolla irəliləyən xalq daim inkişafa, tərəqqiyə qovuşur. Azərbaycanın qazandığı nailiyyətlər buna bariz nümunədir. Ölkəmiz özünün inkişaf dövrünü yaşayır, yüksək bəşəri dəyərlərə, güclü iqtisadiyyata, elmi-texniki potensiala və zəngin təbii ehtiyatlara malik olmaqla sürətlə irəliyə doğru addımlayır. Şəhər və kəndlərimiz günbəgün dəyişir, regionlarımız müasirləşir.
Qeyd olunmuşdur ki, muxtar respublikamızda ulu öndərin uzaq gələcəyə hesablanmış siyasətinin uğurlu davamı dahi öndərə böyük sevgi və məhəbbətin təcəssümüdür. Bunun nəticəsidir ki, qədim Naxçıvan ölkəmizin nail olduğu sürətli inkişafın önündə gedir. Geniş vüsət alan quruculuq-abadlıq işləri, sosial-iqtisadi, mədəni yüksəliş, təhsildə əldə olunan nailiyyətlər doğma diyarımızın xoş sabahından xəbər verir. Qazanılan uğurlar Heydər Əliyev siyasi kursunun qüdrətini bir daha təsdiqləyir və sübut edir ki, Azərbaycan var olduqca ulu öndər Heydər Əliyevin ideyaları və əməlləri də əbədi olaraq yaşayacaqdır.
Sonra mərkəzin dərnək üzvləri ulu öndərimizə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.
* * *
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dünən Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Əbədiyaşar dahi” mövzusunda açıq dərs keçilmişdir.
Muzeyin Elmi ekspozisiya şöbəsinin müdiri Nərminə Allahverdiyeva bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin adı xalqımızın tarixinə dahi xilaskar və qurucu lider kimi həkk edilmişdir. Ötən əsrin 1990-1993-cü illərində respublikaya rəhbərlik edənlərin səriştəsizliyi ucbatından ölkəmizdə özbaşınalıq yaranmış, daxili sabitlik pozulmuş, vətəndaş müharibəsi qaçılmaz olmuşdu. Torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi bir zamanda xalqın, sözün əsl mənasında, böyük bir liderə – əsl xilaskara ehtiyacı vardı. Belə bir vəziyyətdə ölkəni, dövlətçiliyimizi və müstəqilliyimizi təhlükədən yalnız Heydər Əliyev dühası qurtara bilərdi. Buna görə də xalqımız öz böyük oğluna, müdrik şəxsiyyət Heydər Əliyevə üz tutdu. Xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində yenidən siyasi hakimiyyətə qayıtdı. Məhz bu tarixdən Azərbaycanın Qurtuluş Gününün təməli qoyuldu.
Məktəbin tarix müəllimi Seydabəyim Seyidova açıq dərsdə bildirmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin əbədiliyini təmin etdi. Ölkədə əmin-amanlıq yaradıldı, bütün sahələrdə islahatlara başlanıldı. Tarix üçün çox qısa zamanda Azərbaycan öz iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında yer almış oldu. Təbii ki, bütün bunlar heç də asan başa gəlmədi. Xalq öz liderinə, dahi şəxsiyyət isə öz xalqına arxalanaraq bunları həyata keçirdi. Buna görə də müstəqil Azərbaycan dövləti var olduqca xalqımızın xoşbəxt gələcəyini təmin edən ümummilli lider Heydər Əliyevin adı qəlbimizdə əbədiyaşar və dahi şəxsiyyət kimi yaşayacaqdır.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.
Səbuhi HƏSƏNOV