Azərbaycan xalqına böyük itki üz vermişdir. Xalqımızın ümummilli lideri, bütün türk dünyasının, dünya azərbaycanlılarının tanınmış rəhbəri Heydər Əliyev vəfat etmişdir.
Ulu öndər Heydər Əliyevin vəfatı onu uzun müddətdən bəri tanıyan və onun rəhbərliyi altında işləyən adam kimi məni daha çox kədərləndirdi və sarsıtdı.
Lakin bu ağır dərd bizi sarsıtsa da, müstəqil və demokratik Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını gələcəkdə Heydər Əliyevin istədiyi kimi inkişaf etdirmək üçün biz başımızı dik tutmağı bacarmalıyıq.
Azərbaycan xalqı bir nəfər kimi Heydər Əliyev məktəbi keçmiş Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, bütün işlərdə ona arxa və kömək olmalıdır.
Bu ağır dəqiqələrdə xalqımın dərdinə şərik oluram. Xalqımın bütün təbəqələrini milli birliyə çağırıram.
Səkinə ƏLİYEVA
Prezident təqaüdçüsü
Naxçıvan şəhəri, 17 dekabr 2003-cü il