22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində “Heydər Əliyev lektoriyası”nın XV məşğələsi keçirilmişdir. Lektoriyanı giriş sözü ilə komitənin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açmış, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov “Ulu öndər Heydər Əliyev: dünənin, bu günün və gələcəyin lideri” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının taleyinə müxtəlif dövrlərdə müstəsna təsir göstərmiş dahi şəxsiyyətlərin fövqündə dayanan görkəmli dövlət xadimidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olmuşdur. Azərbaycanın müasir tarixi görkəmli dövlət xadimi Heydər Əliyevin adı, onun xilaskar və quruculuq missiyası ilə bilavasitə bağlıdır.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi rəhbərin xalqımızın tarixində həlledici rol oynadığını sübuta yetirən ən tutarlı faktlardandır. Bu fakt həm də ona görə xüsusi əhəmiyyətə malikdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirməli olmuşdur. Azərbaycan tarixinin ulu öndər Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Bu mənada ümummilli lider Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolunu əks etdirən nəzəriyyə özünün təsdiqini tapmış olur.
Azərbaycanın müstəqil dövlətçilik tarixini tam cəsarətlə xalqın taleyində şəxsiyyətin müstəsna roluna ibrətamiz nümunə olaraq göstərmək mümkündür. Xalqımız müstəqil dövlət quruculuğu sahəsində qazanılan böyük uğurlara görə dahi rəhbər Heydər Əliyevə minnətdardır.
Adı Azərbaycan tarixinə dahi xilaskar və böyük qurucu kimi həkk edilən ulu öndər Heydər Əliyevin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyi, habelə möhtəşəm səfərbəredici qüvvəsidir. Ümummilli liderin təlatümlərdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası yeni, müasir Azərbaycanın real siyasi və iqtisadi gerçəklərində təzahür edir.
Lektoriyada Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti mayoru Süleyman Seyidovun “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda çıxışı olmuşdur.
Sonda görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş “Azərbaycan qədər əbədi” adlı film nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR