22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov açıb.
Lektoriyada Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Heydər Əliyev və Azərbaycan gənc­liyi” mövzusunda çıxış edərək müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, müstəqilliyimizin qorunub saxlanılması və inkişaf etdirilməsində böyük öndərin fəaliyyətindən danışıb. Qeyd olunub ki, gənclər hər bir ölkənin ictimai-siyasi və elmi-mədəni həyatında potensial qüvvə kimi mühüm yer tuturlar.

Ümummilli lider Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur və Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir. Dahi şəxsiyyət Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənc­lərin himayədarı olaraq sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların cəmiyyət qurucu­luğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaradıb. Məruzəçi bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənc­lərin üzə çıxarılması və onların ölkə­nin gələcəyinə töhfə verməsini təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə, eyni zamanda muxtar respublikamızda yüksək intellektual səviyyəyə, milli düşüncəyə, vətənpərvərlik hissinə malik gənclər formalaşır. Azərbaycanın gələcəyi olan bu gəncliyin formalaşmasının əsasında Heydər Əliyev ideyalarına sədaqət dayanır.  
Tədbirə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR