Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyinə həsr olunmuş hüquq olimpiadasına 23 noyabr 2013-cü ildə start verilib.
27 noyabr 2013-cü il tarixdə isə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin şagirdləri arasında hüquq olimpiadasının I turu keçirilib.
Olimpiadada muxtar respublikanın tam orta təhsil müəssisələrinin X-XI siniflərinin 703 şagirdi iştirak edib. Şagirdlər 1 saat ərzində Azərbaycan Respublikası Konstitusiyasına və Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən hazırlanmış 4 variantda (A, B, C, D) 60 test tapşırığı üzrə biliklərini yoxlayıblar. Xatırladaq ki, bu turda yüksək bal toplamış iştirakçılar II tura vəsiqə qazanacaqlar.
Nəticələr dövlət qurumları və elm-təhsil müəssisələrinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən yoxlanılacaq.
Xəbərlər şöbəsi