Noyabrın 25-də Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielse Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olmuşdur.
Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı səfirə məlumat verilmişdir ki, muxtar respublikada fəaliyyət göstərən istеhsаl müəssisələrində 115 növdə, 459 çеşiddə ərzaq, 231 növdə, 529 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 346 növdə, 988 çeşiddə məhsul istеhsаl оlunur. 106 növdə ərzаq, 226 növdə qеyri-ərzаq olmaqla, cəmi 332 növdə məhsulа оlаn tələbаt tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilir. Bildirilmişdir ki, 2013-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 725 milyon 161 min 800 manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2013-cü ilin yanvar-oktyabr aylarında muxtar respublikada xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 387 milyon 17 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə xarici ticarət dövriyyəsi yaranmışdır.
Sonra səfir Naxçıvan Dövlət Xalça Muzeyinə gəlmişdir. Xalça Muzeyinin yaradılması və burada nümayiş etdirilən eksponatlar haqqında məlumat verilərək bildirilmişdir ki, Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılaraq fəaliyyətə başlamışdır. Naxçıvan xalçaçılıq məktəbinə aid əldə edilən nadir xalçaların saxlanıldığı muzeyin üç dildə saytı yaradılmışdır. Saytın bölmələrində muzeyin fondunda saxlanılan xalçalar və xalçaçılıq məmulatlarının fotoşəkilləri, onların hansı dövrə və bölgəyə aid olması barədə məlumatlar, Azərbaycan xalçaçılıq sənəti ilə bağlı nəşr olunan elmi ədəbiyyatlar, jurnal və broşürlər yerləşdirilmişdir. Saytın xüsusi maraq doğuran bölmələrindən biri “virtual ekskursiya” bölməsidir ki, tamaşaçılar buradan Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasını virtual olaraq izləyə bilirlər.
Xalça Muzeyindəki sənət nümunələri səfirdə böyük maraq oyatmışdır.
Həmin gün səfir Açıq Səma Altında Muzeydə, Möminə xatın türbəsində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində, Heydər Əliyev Sarayında, Naxçıvan Dövlət Rəsm Qalereyasında və Duzdağ Fizioterapiya Mərkəzində də olmuşdur.
Xəbərlər şöbəsi