22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının təşkilatçılığı ilə elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açıb və partiyanın keçdiyi tarixi inkişaf yolundan danışıb.
Universitetin iqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi, Yeni Azərbaycan Partiyası İqtisad fakültəsi üzrə gənclər təşkilatının sədri Rəmzi Əlizadə “Yeni Azərbaycan Partiyasının memarı və qurucusu”, rus dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi, Yeni Azərbaycan Partiyası Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi üzrə gənclər təşkilatının sədri Heyran Babazadə “Yeni Azərbaycan Partiyası və gənclik” mövzularında çıxış ediblər.
Tədbirdə partiyanın yaranması və keçdiyi tarixi inkişaf yolu haqqında film, Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının üzvü olan tələbələrin fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib.
Tələbələrin partiyanın keçdiyi tarixi inkişaf yolu haqqında məlumat xarakterli kreativ təqdimatı maraqla qarşılanıb.
Sonra Azərbaycan bayrağı səhnəyə gətirilib. Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı gənclər təşkilatının sədri Aytən İsmayılova və təşkilat üzvləri olan bir qrup gənc partiya ideyalarına sadiq olacaqları ilə bağlı könüllü and içiblər.
Tədbirin sonunda Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının üzvü olan bir qrup gəncə təhsildə və ictimai həyatda fərqləndiklərinə görə diplomlar təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR