Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində olub. Fövqəladə və Səlahiyyətli səfir Mixail Nikolayeviç Boçarnikovla görüşüb, 9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı yaşanan hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası adından başsağlığı verib.