25 Dekabr 2024, Çərşənbə

Bu gün hər birimiz çox qürurluyuq, çox sevincliyik, çox fərəhliyik, çox xoşbəxtik! Çünki bu gün QARABAĞ BÜTÖV AZƏRBAYCAN, AZƏRBAYCAN BÜTÖV QARABAĞDIR! Bu gün hər kəsin ürəyi Qarabağla döyünür, Bu gün hər kəs QARABAĞLIDIR! Hər kəsin dilində bir şüar var! “QARABAĞ BİZİM İDİ, BİZİM OLDU!” Bu gün torpaq uğrunda şəhid olan oğul analarının gözlərində qəm yağışı deyil, sevinc yaşı görürük! Bu gün şəhid ataları beli bükük deyil, başı dikdir! Çünki bu gün əbədi Zəfərin mübarək günüdür! Gözün aydın, od ürəkli, od nəfəsli diyarım, Azərbaycan!

 10 noyabr 2020-ci ildə – bu şanlı tarixdə sənin ərazilərinin qisməti dəyişdi, səndən ayrı düşən müqəddəs torpaqların havanla, suyunla böyütdüyün igid oğullarının qüdrətiylə yenidən sənə döndü. Bu gün sən yenidən doğuldun, böyüdün, bütövləşdin! Dədə-baba torpaqlarımızdan özünə torpaq qəsb etməyə çalışan mənfur düşmənə gözdağı verən ərənlərin qarış-qarış, addım-addım qaytardı müqqəddəs torpaqlarını sənə, igidlərin o qədər şərəfli yolda addımladı ki, qalibiyyət sevincinin məğrurluğunu, qürurunu heç birimiz heç bir sözlə əvəz edə bilmirik. Bu gün bu Böyük Qələbə sevincini, qürurunu, məğrurluğunu, fəxrini, fərəhini biz yurddaşlara yaşadan canından keçmiş Vətən övladlarımızın ruhu qarşısında ehtiramla baş əyirik. Bu ehtiramı nümayiş etdirən xalqımız gecə radələrindən Vətənimizin hər yerindən müqəddəs məkanlara – Şəhidlər xiyabanlarına axın edirlər. Qələbə xəbəri Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd edilir. Bu tarixi qələbəni eşidən muxtar respublika sakinləri də böyükdən-kiçiyə yollara axışıb, böyük izdihamla bayram əhval-ruhiyyəsi yaşayır. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı qürurla dalğalanır. Diyarımız bayrağımızın al rənglərinə boyanıb. Yollarda avtomobil karvanları, səkilərdə sakinlərin izdihamlı yürüşü əsl qələbə ab-havası yaşadır hər birimizə. Bu tarixi gün münasibətilə harada yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizi ürəkdən təbrik edirik. Yaşasın, müzəffər Ali Baş Komandan! Yaşasın, şanlı Azərbaycan Ordusu! Yaşasın bir yumruq kimi möhkəm olan, həmrəy olan, sarsılmayan, əyilməyən Azərbaycan xalqı!

- Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR