Muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələr sentyabr ayında da icrа edilmişdir.
Qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhəri, Şərur, Culfa, Ordubad, Kəngərli və Şahbuz rayonlarında müəssisə və təşkilatlara məxsus 598 qazanxanada texniki və yanğın təhlükəsizliyinin vəziyyəti yoxlanılmış, ocaqçıların peşə ixtisası üzrə kurslara cəlb olunması üçün maarifləndirmə işi aparılmışdır. Aparılan tədbirlərin nəticəsində 119 nəfər qazanxana maşinisti kursuna cəlb olunmuş, onlardan 60-ı kursu bitirərək sertifikat almış, 59-u isə ixtisas hazırlığını davam etdirir.
Sentyabr ayında Naxçıvan şəhərində və rayonlarda fəaliyyət göstərən 62 ticarət obyektində nəzarət funksiyaları həyata keçirilmiş, standartların tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının təhlükəli olması barədə sahibkarlarla söhbətlər aparılmışdır. Dəm qazı ilə zəhərlənmələrin qarşısını almaq məqsədilə Naxçıvan şəhərində təmir olunan 2 yaşayış binasının 57 mənzilinə baxış keçirilmiş və 49 mənzilin tüstü bacası və havaçəkən kanalları təmizlənmişdir.
Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 163 obyektdə diqqətli, 274 obyektdə nəzəri, 42 obyektdə məqsədli yoxlamalar aparılmış, qaz və elektrik cihazlarından istifadə ilə bağlı 1576 nəfər maarifləndirilmişdir. Yaşayış evlərində təbii qazdan və elektrik enerjisindən istifadə zamanı yanğın təhlükəsinin qarşısını almaq məqsədilə 4658 yaşayış evinə baxış keçirilmiş, yanğın cəhətdən təhlükəli оlan 34 elektrik xətti, 81 plastik boru ilə çəkilmiş qaz xətti dəyişdirilmiş, nasaz olan 12 qazla işləyən suqızdırıcının və 90 tezqatlanan tüstü borusunun istismarı dayandırılmış, 6988 vətəndaş yanğına qarşı təlimatlandırılmışdır.
Hesabat ayında muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək rayon, şəhər və kəndlərdə, ümumilikdə, 6 milyon 549 min 620 kvadratmetr ərazi dezinfeksiya edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti