Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra hərbi qulluqçuların "milli qəhrəman" fəxri adıyla təltif olunması və növbədənkənar hərbi rütbəylə mükafatlandırılması üçün Ermənistan prezidenti Armen Sarkisyana təqdimat ünvanlayıb.
Bunlar Qarabağda gedən döyüşlərdə həlak olan hərbçilərdir. Paşinyan hesab edir ki, bu şəxslər döyüşlərdə şəxsi şücaət göstəriblər və "qəhrəmancasına həlak olublar".
Paşinyan N saylı qoşun hissəsinin komandiri, polkovnik Vaahn Asatryanın ölümündən sonra "milli qəhrəman" fəxri adıyla təltif olunması ilə yanaşı, polkovnik Araik Arutyunyana general-mayor, polkovnik Artak Budaqyana general-mayor, general-leytenant Onik Qasparyana general-polkovnik rütbəsinin verilməsini məqsədəuyğun sayıb.
Bu, yəqin ki, ordusuz qalmış generallar üçün son təsəllidir və onların ard-arda uğradıqları məğlubiyyətlərə görə düşdükləri depressiyadan çıxarmaq cəhdidir.