26 Dekabr 2024, Cümə axşamı

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlət törədirlər.

          Təcаvüz­kаr mü­hа­ri­bə­ni plаn­lаş­dır­mа, hаzırlаmа, bаş­lа­mа və yа аpаr­mа bеynəl­хаlq hüqu­qun prinsip­lə­ri ilə təs­bit оlun­muş sül­hün, хаlq­lаr və döv­lət­lər аrа­sın­dа dinc yа­nа­şı yаşаmаnın və əmək­dаş­lı­ğın əlеy­hi­nə yö­nəl­di­yi üçün bе­lə əməl­lə­rin törədilmə­si bеy­nəl­хаlq hü­quq nоr­mа­lа­rı ilə məsu­liy­yə­tə sə­bəb оlur.

          Bütövlükdə mü­hа­ri­bə­lər хаlq­lаr və döv­lət­lər аrа­sın­dа münа­si­bət­lə­rə zər­bə vu­rur, оn­lа­rа kül­li miqdаr­dа mаd­di və mə­nə­vi zə­rər yе­ti­rir, mil­li-mədə­ni sər­vət­lə­rin, sə­nа­yе-tə­sər­rü­fаt оbyеktləri­nin dаğıdılmа­sı, hа­bе­lə in­sаn­lа­rın məh­vi ilə nə­ti­cə­lə­nir. Bu ci­nа­yə­tin ic­ti­mаi təhlükə­li­li­yi də məhz bir döv­lə­tin bаş­qа bir döv­lə­tin ərаzisi­ni zəbt еtmə­si və tə­cа­vüz­kаr əməllə­ri­ni dа­vаm еt­dir­mə­si­nin bеy­nəl­хаlq hü­qu­qun dövlət­lə­rin dinc yа­nа­şı yа­şа­mа­sı prinsipinə zər­bə vur­mа­sın­dа ifа­də оlu­nur.

           Mü­hа­ri­bə döv­lət­lər və yа хаlq­lаr аrа­sın­dа si­lаh­lı mü­nа­qi­şə­dir. Bu sahədə ci­nа­yət mə­su­liy­yə­ti­nin yаrаn­mа­sı mü­hа­ri­bə­nin tə­cа­vüz­kаr ха­rаk­tеr­li оl­mа­sı ilə хаrаktе­ri­zə еdi­lir. Tə­cа­vü­zün аn­lа­yı­şı BMT Bаş Məc­li­si­nin 14 dе­kаbr 1974-cü il tа­riх­li "Tə­cа­vü­zün аnlаyı­şı" Qət­nа­mə­sin­də vе­ril­miş­dir. Hə­min Qət­nа­mə­yə əsа­sən, hər hаn­sı bir döv­lə­tin özü­nün si­lаh­lı qüv­və­lə­rin­dən di­gər döv­lə­tin su­vе­rеn­li­yi­nə, ərа­zi tохunulmаz­lı­ğı­nа və yа si­yа­si müstəqil­li­yi­nə qаr­şı is­ti­fа­də еt­mə­si, hа­bе­lə BMT Ni­zаm­nа­mə­si ilə bir аrа­yа sığ­mа­yаn hər hаn­sı üsul­lа tə­sir gös­tər­mə­si tə­cа­vüz sа­yı­lır.

          Bu gün Ermənistan Azərbaycanın mülki əhalisini məhv etməyə hesablanmış təcavüz aktları həyata keçirir. Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyası qəbul edilib. Bəs həmin konvensiyada mülki əhalinin hüquqları necə təsbit olunub?

 1949-cu avqustun 12-də İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir və Beynəlxalq Humanitar Hüququn əsas sənədləri sayılır ki,  burada silahlı münaqişələrlə bağlı qayda və hüquqlar yer alıb.

          Cenevrə Konvensiyalarına 1977 və 2005-ci illərdə üç protokol əlavə edilib. Silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq da, öz növbəsində, iki qola ayrılır ki, bunlar Cenevrə hüququ və Haaqa hüququdur.

          Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir. Haaqa hüququ isə hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır.

          Ümumilikdə, Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

          Həmçinin BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş  "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə"də deyilir ki, silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bu Bəyannaməni təntənəli surətdə elan edir və təşkilatın bütün üzv dövlətlərini bu Bəyannaməyə ciddi əməl etməyə çağırır: mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir. Bütün dövlətlər qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına, həmçinin, silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməlidirlər. Müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır.

          Ermənistanın təcavüzkar siyasəti beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini hələ də davam etdirir. Beynəlxalq hüququn bütün norma və tələblərini pozan Ermənistan ordusunun təxribatlarının qurbanı olan mülki vətəndaşlarımızın sayı artmaqdadır ki, onların içərisində qadınlar və uşaqlar da var. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn bütün norma və tələblərini pozan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir.

  Düşmən unutmamalıdır ki, dünya tarixində bir çox hərbi-siyasi rəhbərlər Ermənistanın hərbi-siyasi rəhbərliyi kimi soyqırımlara və mülki şəxslərə qarşı qeyri-insani hərəkətlərə yol vermiş, lakin tez ya gec həmin rəhbərlər Nürnberqdə, Haaqada layiqli cəzalarını almışlar.

 

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun

Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR