Nazirliyin inzibati binasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək, bugün 100 illik yubileyi qeyd edilən Nazirliyin tarixi inkişaf yolu keçdiyini qeyd edib.
Nazir bildiribki, 10 oktyabr 1920-ci ildə əhalinin sosial müdafiəsini təşkil olunması məqsədilə Naxçıvanda Sosial Təminat Şöbəsi yaradılıb. Tarixin sonrakı inkişaf mərhələlərində idarəetmə quruluşunun dəyişməsinə müvafiq olaraq, bu təşkilat müxtəlif adlarla fəaliyyət göstərib.
Qeyd olunubki, ulu öndər Heydər Əliyevin 3 aprel 1993-cü il tarixli fərmanı ilə sözügedən qurum Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlandırılıb. Bu qərar muxtar respublikada sosial müdafiə sisteminin daha da təkmilləşməsinə, bu sahədə zəruri qanunvericiliyin formalaşmasına, sosial siyasətin ən vacibi stiqamətlərinin icrasındadaha da güclü mexanizmlərin yaradılmasına əlverişli şərait yaradıb. Sonrakı illərdə bu sahədə təmin edilən davamlı inkişaf, müvafiq Dövlət proqramları çərçivəsində görülmüş tədbirlər insanların sosial müdafiəsinin daha etibarlı qorunmasına səbəb olub.
Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikamızda əmək resurslarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.Sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, xüsusi qayğıya ehtiyacı olan insanlara mənzillər və avtomobillər təqdim olunur. Görülən bu işlərlə yanaşı, əlilliyi olan şəxslərin tibbi reabilitasiyanın günün tələbləri səviyyəsində təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə muxtar respublikada Naxçıvan Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi istifadəyə verilib və hər iki mərkəz yeni tibbi avadanlıqlarla təchiz olunub.
Daha sonra Nazirlik strukturununə n yaşlı əməkdaşlarından olan Bayram Nəcəfov çıxış edərək artıq 20 ildir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturundaçalışdığını və ölkəmizdə kadr hazırlığına verilən yüksək qiymətin nəticəsi olaraq, 25 dekabr 2018-ci il tarixdə cənab Prezident İlham Əliyev tərəfindən tərəqqi medalı ilə təltif olunduğunu bildirib. Gənc əməkdaş Nazim Nəcəfov isə çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq məzunu olduğu Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hamiliyinə verilib. N.Nəcəfov bildirib ki, hələ tələbəlikilləri ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin də praktiki işlərə cəlb olunub və müşahidə etdiyi vətəndaşlara göstərilən xidmət, qayğı və iş prinsipi ona bu sahə üzrə işləməyinə əlavə stimul verib. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiyanın təşkil etdiyi imtahanlar vasitəsilə ötən ilin mart ayından Babək rayon Məşğulluq Mərkəzində başməsləhətçi kimi əmək fəaliyyətinə başlayıb.
Sonda Nazirlik strukturunun bir qrup əməkdaşı səmərəli fəaliyyətinə görə fəxri fərman, hədiyyələr və pul mükafatı ilə təltif olunub.