Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mülki əhali arasında ölən və yaralananlar var.
Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək.