26 Dekabr 2024, Cümə axşamı

Ordumuzun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başladığı uğurlu əks-hücum əməliyyatı xalqımıza sevinc hissi yaşadır. Hər zaman ordumuzla bir olan vətəndaşlarımız əsgərlərimizi ziyarət edir, hərbi hissələrimizə sovqat gətirir, şəxsi heyətə mənəvi dəstək olurlar.

Ordubad Rayon İcra Hakimiyyəti, Şərur rayonunun Vərməziyar və Qorçulu kəndlərinin, Babək rayonunun Qoşadizə kəndinin, Şahbuz və Sədərək rayonlarının sakinləri tərəfindən Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinə 8 xırdabuynuzlu heyvan, 160 kiloqram quzu əti, meyvə-tərəvəz, şirin və mineral sular, müxtəlif növ ərzaq məhsulları, siqaret və təmizlik ləvazimatları gətirilib.
Qeyd olunub ki, hər zaman olduğu kimi, ordumuzun işğalçı düşmənə qarşı apardığı uğurlu əks-hücum əməliyyatı zamanı da xalqımız ordumuzun yanındadır. İnanırıq ki, ordumuz bu döyüşdən qələbə ilə çıxacaq, işğal altında olan torpaqlarımız düşməndən tam azad olunacaq.

Kənan CƏLİLOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR