26 Dekabr 2024, Cümə axşamı

Oktyabrın 1-də muxtar respublikanın dövlət qurumlarının mətbuat xidmətlərində informasiya-məlumatlandırma işinin düzgün təşkili və keyfiyyətin yüksəldilməsi mövzusunda tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Mətanət Məmmədova muxtar respublikanın dövlət qurumlarının mətbuat orqanlarının 2020-ci ilin ötən dövründəki fəaliyyəti barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, muxtar respublikanın dövlət qurumlarının mətbuat xidmətlərinin “Şərq qapısı”, şəhər və rayon qəzetlərində 1702 materialı dərc olunmuş, teleradiolarda 1964 veriliş və xəbər süjeti hazırlanmış, müxtəlif sosial şəbəkələrdə 3743 material yerləşdirilmişdir.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev çıxış edərək mətbuat xidmətlərinin teleradio və qəzetlərlə əməkdaşlıq imkanlarını diqqətə çatdırmışlar.

Səhiyyə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Hüseyn Əsgərov, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Tahir Məmmədli, Dövlət Miqrasiya Xidmətinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Arif Bayramov, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin əməkdaşı Nəriman Nəcəfov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Naib Əlizadə fəaliyyətin yeni tələblər səviyyəsində qurulması ilə əlaqədar təkliflər vermişlər.
Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fəaliyyətin gücləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi vəzifələri diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ötən dövrdə muxtar respublikada dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinin gücləndirilməsi, aparılan kadr islahatları və peşəkarlığın artırılması müsbət mənada dəyişikliklərin yaranmasına səbəb olmuşdur. Lakin bununla kifayətlənmək olmaz. Düzgün məlumatlandırma qarşıya qoyulan vəzifənin bir tərəfidirsə, əldə olunan informasiyanın təhlilini aparıb, mahiyyətini açmaq isə ən vacib istiqamətdir. Mətbuat xidmətləri müxtəlif mövzularda, xüsusilə də çalışdıqları sahələr üzrə analitik və publisistik məqalələrlə, həmçinin muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı yazılarla mətbuatda çıxış etməli, kütləvi informasiya vasitələrində yeni rubrikalar açılmalıdır.
Qeyd olunmuşdur ki, bu gün düzgün informasiya siyasətinin həyata keçirilməsində kütləvi informasiya orqanları ilə yanaşı, dövlət qurumlarının mətbuat xidmətlərinin də üzərinə mühüm vəzifələr düşür. Dəqiq, qərəzsiz, obyektiv, ümummilli maraqların müdafiəsinə xidmət edən informasiya və yazıların hazırlanması, kütləvi informasiya orqanlarının sorğularının operativ cavablandırılması qarşıda duran əsas vəzifələrdəndir.
Müzakirələr zamanı Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətlərinin materiallarının tələblərə uyğun hazırlandığı diqqətə çatdırılmışdır. Digər mətbuat xidmətlərinin fəaliyyətinin də bu istiqamətdə qurulması, kəmiyyətdən çox keyfiyyətə diqqətin artırılmasının əhəmiyyəti vurğulanmışdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR