ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin liderləri Dağlıq Qarabağda vəziyyətlə bağlı birgə bəyanat yayıblar.
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron tərəfindən imzalanan bəyanatda deyilir: "Minsk Qrupunu təmsil edən ölkələr Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində gücün eskalasiyasını ən qəti şəkildə qınayır. Ölənlərin və yaralıların ailələrinə başsağlığı veririk. İştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”.
Həmsədr ölkə liderləri, həmçinin, Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları heç bir ilkin şərt irəli sürmədən dərhal bərpa etməyə dair üzərlərinə öhdəlik götürməyə çağırıblar.