Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
“Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın. Xəbərdarlıq edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.