26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində sentyabr ayının son 15 günü ərzində bir sıra Qərarlar qəbul edilib. 16 sentyabr tarixli Qərara əsasən 2007-ci il 21 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisindəki daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə bölgüsü”ndə dəyişiklik edilərək “Babək rayonu” hissəsinin “Abidənin yerləşdiyi yer”, “Nehrəm kəndi” “Nehrəm qəsəbəsi” sözləri ilə, “Babək qəsəbəsi” “Babək şəhəri” sözləri ilə, və “Cəhri kəndi” “Cəhri qəsəbəsi” sözləri ilə əvəz edilmişdir.

Bundan başqa, “Naxçıvan Muxtar Respublikasında xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin Siyahısı” təsdiq olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 168 nömrəli Qərarına əsasən “Naxçıvan Muxtar Respublikasında fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğlərinin təsdiq edilməsi haqqında Qərar qəbul edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Nax­çıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR