26 Dekabr 2024, Cümə axşamı

Bu gün Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir, xalqımıza qələbə sevinci yaşadır. Ordumuz uğurlu əks-hücum əməliyyatını davam etdirərkən Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın Vətən sevgisi, peşəkarlığı və ruh yüksəkliyi hər birimizi daha da qürurlandırır.

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq müdafiə mövqelərində nümunəvi xidmət aparırlar. Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmədə şəxsi heyət böyük ruh yüksəkliyinə və döyüş əzminə malikdir. Keçirilən məşğələlərdə ona təhkim edilmiş silahdan bacarıqla istifadə etməyi və düşmənin istənilən təxribatına layiqli cavab verməyi mənimsəyən hər bir əsgər peşəkar hərbçi kimi Vətənin müdafiəsində dayanır. Burada bir daha şahidi olduq ki, ayıq-sayıq döyüş növbətçiliyi aparan igid əsgərlərimiz düşmənin istənilən təxribatının qarşısını almağa daim hazır və buna qadirdirlər.

Şəxsi heyətlə söhbət zamanı əsgər Kənan Məmmədov bildirdi ki: “Mən və əsgər yoldaşlarım keçirilən məşğələlərdə hərbi anda sadiq peşəkar bir əsgər kimi yetişmişik. Gələcək döyüşlərdə döyüş meydanından qaçacaq yeganə əsgər düşmən əsgəri olacaq”.

Zabit Xanbaba Qurbanlı bildirdi ki: “Mövqelərdə aparılan döyüş növbətçiliyi hər zaman ayıq-sayıq təşkil olunur. Şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Bu isə verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə imkan verir”.
Zabit Ceyhun Məmişov Azərbaycan Ordusunun son günlərdə həyata keçirdiyi əks-hücum əməliyyatının şəxsi heyəti daha da ruhlandırdığını və bu əks-hücum əməliyyatının böyük qələbə ilə nəticələnəcəyinə inandıqlarını dedi.

Göründüyü kimi Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki bölmələrində uğurlu döyüş növbətçiliyi aparılaraq Vətənimiz etibarlı müdafiə olunur. Təbii ki, bütün bunlara da böyük ruh yüksəkliyi və Vətən eşqi ilə aparılan məqsədyönlü tədbirlər nəticəsində nail olunub.

Kənan CƏLİLOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR