Son günlər sosial şəbəkələrdə İrandan Ermənistana hərbi texnikanın daşınması ilə bağlı görüntülər yer alır.
Sözügedən foto, videolar İranda yaşayan azərbaycanlılar tərəfindən çəkilib. Buna etiraz olaraq İrandakı azərbaycanlılar dünən gecə həmin texnikaları daşıyan avtomobilləri yandırıblar və daha sonra bu hadisənin videolarını yayıblar.
Qeyd edək ki, Ermənistana hərbi texnikanın daşınması İslam həmrəyliyinə və qonşuluq, dostluq münasibətlərinə zidd addımlardır.