26 Dekabr 2024, Cümə axşamı

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb

Bakı, 29 sentyabr

Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan genişmiqyaslı hücumun ilk saatlarından başlayaraq Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi heyəti gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüşlərin getdiyi bütün istiqamətlərdə mobil səhra cərrahiyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib. Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi qulluqçumuz yoxdur. Bütün imkanlarımız səfərbər olunub və yaralı hərbi qulluqçuların tezliklə müalicə edilərək sağlamlıqlarına qovuşmaları üçün hərbi tibb personalı var qüvvəsi ilə çalışır.

Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.

Bildiririk ki, hərbi qulluqçuların valideynlərini narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində sutka ərzində fasiləsiz fəaliyyət göstərən qaynar telefon xətti açılıb.

Vətəndaşlar (012) 406-41-51, (012) 406-41-91, (012) 406-42-72, (012) 406-44-63 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər.

Eyni zamanda, vətəndaşlardan telefon xətlərinin həddən artıq yüklənməməsi və normal qaydada fəaliyyət göstərməsi məqsədilə ehtiyac olmadığı halda zəng etməmələrini xahiş edirik.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR