22 Dekabr 2024, Bazar

2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən Heydər Əliyev Gənclər Məktəbi üzvlərinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil edilmişdir. Muzeyin direktoru Ramil Orucəliyev muzeyin yaradılması barədə məktəblilərə məlumat vermişdir. Bildirmişdir ki, görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ulu öndəri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderimizin adını daşıyan bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 18 fevral 1999-cu il tarixdə imzaladığı Sərəncamla Naxçıvan şəhərində yaradılmışdır.

Sonra məktəblilər muzeyin zəngin eksponatları ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, 420 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4255 ədəd eksponat toplanmışdır. Həmin eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixinin və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışları üçün dəyərli faktlar əldə edirlər.
Ekskursiya zamanı görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin inkişafında xidmətləri barədə məktəblilərə geniş məlumat verilmiş, ulu öndərin ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahələrə göstərdiyi diqqət və qayğıdan bəhs edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR