25 Dekabr 2024, Çərşənbə

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” adlı monoqrafiyası nəşr olunub.

Muxtar respublikasının 95 illiyinə həsr olunmuş yeni nəşrin ilk səhifəsində “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı və həmin sənədə əsasən təsdiq olunmuş Tədbirlər Planı yer alıb.

Monoqrafiyada muxtar respublikanın 1995-2019-cu illərdəki sosial-iqtisadi və mədəni inkişafının ən mühüm cəhətləri tədqiq edilib, diyarımızdakı dinamik və davamlı inkişafı, baş verən dəyişikliklər, qazanılan nailiyyətlər faktiki materiallar əsasında öyrənilib.

Əsərdə göstərilib ki, bu gün Prezident cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə ölkəmizi bütün dünyada lider dövlətə çevirib.

Monoqrafiyada qeyd olunur ki, Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikası da dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi istiqamətində, sosial-iqtisadi və mədəni inkişafında uğurlu fəaliyyət göstərib, yüksək nailiyyətlər qazanıb.

Nəşrdə muxtar respublikanın müstəqillik yollarında əldə etdiyi uğurlar, keçdiyi tarixi inkişaf yolu yeni maraqlı tədqiqat materialları vasitəsilə əhatəli şəkildə oxucuların diqqətinə çatdırılır.

Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR