22 Dekabr 2024, Bazar

“Azərbaycan hazırda dünya miqyasında sürətlə inkişaf edən ölkələrdən biridir. Ölkə həyatının bütün sahələrində əldə edilən yüksək göstəricilər milli inkişaf modelinin uğurlu tətbiqinin nəticəsidir. Sosial-siyasi islahatların ardıcıl həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və digər bu kimi strateji əhəmiyyətli tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən fundamental faktorlardır. Bütün bu nailiyyətlər əsası 1969-cu ildə qoyulmuş inkişafın Heydər Əliyev modelinin, Heydər Əliyev quruculuq xəttinin bəhrələridir”. Bu fikirləri Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin   “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda keçirilən 174-cü məşğələsinin açılış nitqində universitetin rektoru, professor Saleh Məhərrəmov səsləndirib.

Sonra universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayevin “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, ümummilli liderimiz müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskarı, bugünkü uğurların müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edən, ölkəmizi dünyada lider dövlətə çevirən, dövlət müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli siyasi varis də yetişdirmişdir. Azərbaycan xalqı üçüncü dəfədir ki, cənab İlham Əliyevi özünə Prezident seçməklə müdrikcəsinə siyasi sabitliyə, sosial-iqtisadi inkişafa, mədəni yüksəlişə, öz dövlətinin artan beynəlxalq nüfuzuna, milli istiqlaliyyətinin dönməzliyinə, varlığı qürur və fəxarət doğuran müstəqilliyinə səs verdi. Beləliklə, xalq son seçkilərdə də özünün xoşbəxt və firavan gələcəyinə doğru yürüdüyü istiqamətə – Heydər Əliyev yoluna davam dedi.
Məşğələnin sonunda Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR