25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Mərasimdə polkovnik Mehman Gülməmmədov gənc əsgərlərin
mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı istiqamətində keçirilən dərs və məşğələlərdən danışıb.

Gənc əsgərlər adından çıxış edən Valeh Əsədov hərbi andı qəbul etmələri münasibətilə sevincli və qürurlu olduqlarını bildirib, nümunəvi xidmət edəcəklərinə və döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz verib.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, gənc əsgərlər Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirildiyi bir vaxtda hərbi andı qəbul edərək ordu sıralarında peşəkar döyüşçü kimi yetişəcəklərinə söz verirlər. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənc əsgərlərimiz “Təlimdə tər, döyüşdə zəfər!” prinsipi ilə real döyüş şəraitində keçirilən təlimlərdə bütün tapşırıqları peşəkarcasına yerinə yetirən hərbçilərimiz kimi Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub. 

Kənan Cəlilov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR