22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində növbəti açıq dərs keçilmişdir. Açıq dərsin budəfəki iştirakçıları Heydər Əliyev adına tam orta məktəbin VII-IX sinif şagirdləri olmuşlar.
Açıq dərsdə məktəbin tarix müəllimi Feyruz Novruzov çıxış edərək bildirmişdir ki, tarixdə silinməz iz buraxmış böyük siyasət xadimləri, ilk növbədə, təmsil etdikləri xalqın və dövlətin idarə olunmasına, gələcək taleyinə hesablanmış elmi-nəzəri baxışları, milli-bəşəri idealları ilə tanınırlar. Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri olan, əvəzolunmaz idarəçilik keyfiyyətləri, uzaqgörənliyi və müdrikliyi ilə müstəqil dövlət ideyasını əzmlə gerçəkləşdirən ümummilli liderimiz Heydər Əliyev də məhz belə şəxsiyyət idi. O, Vətən, dövlət və xalq qarşısında əzəmətli xidmətləri ilə Azərbaycan tarixində əbədiyaşarlıq hüququ qazanmış, onun ölməz ideyaları milli inkişafın istiqamətverici qüvvəsinə çevrilmişdir.

Bildirilmişdir ki, XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli liderimiz Heydər Əliyev xalqımızın taleyində misilsiz rol oynamış, onu tarixən can atdığı müstəqilliyə qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Hakimiyyətdə olduğu bütün dövrlərdə dahi öndərimiz xalqının milli mənafeləri uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir. Qətiyyəti ilə inkişaf strategiyasını, milli birlik və həmrəyliyi, təfəkkürü, Azərbaycançılıq məfkurəsini formalaşdıran müstəqilliyimizin əbədi xilaskarı Heydər Əliyevin ideyaları hər zaman üçün bələdçidir. Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan, ideyaları, idarəçilik təcrübəsi bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə yüz illər bundan sonra da nəsillər bu xəzinədən istifadə edəcəklər. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpüyə, dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən ulu öndər Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi müdrik dahilərdən biridir.
Sonra şagirdlər Heydər Əliyev Muzeyindəki eksponatlarla tanış olmuşlar.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR