25 Dekabr 2024, Çərşənbə

  

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücum cəhdi Türkiyənin aparıcı KİV-ləri tərəfindən kəskin tənqid olunur.

Münaqişənin əvvəlindən bəri baş verənlər barədə rəsmi məlumatları oxuculara çatdıran Türkiyənin aparıcı KİV-ləri Ermənistanın növbəti təxribat cəhdinin də məkrli məqsəd daşıdığını qeyd edirlər. Diqqətə çatıdırılır ki, Ermənistan rəhbərliyi ölkədəki sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə digər tərəfləri qatmaq üçün belə hərbi təxribata əl atır.

Anadolu Agentliyi, TRT HABER və TRT AVAZ televiziya kanalları, o cümlədən aparıcı qəzetlər Ermənistanın növbəti təxribatı barədə çoxsaylı məlumatlar yayımlayıblar.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “TRT HABER” televiziya kanalında səsləndirdiyi “Ermənistan ağlını başına yığsın. Azərbaycan yalnız deyil” ifadəsi sürətlə tirajlanıb.

Türkiyə mətbuatında Ermənistanın təcavüzkar siyasəti barədə məlumatların, o cümlədən analitik yazıların yayımlanması davam edir.

AZƏRTAC

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR