22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası üzrə 7 seçki dairəsindəki 316 seçki məntəqəsində səsvermə oktyabrın 9-da səhər saat 800-də başlanmış və saat 1900-da başa çatmışdır. Fəaliyyət göstərən bütün seçki məntəqələrində səsvermə baş tutmuş hesab olunmuşdur. Səsvermə başa çatdıqdan sonra müşahidəçilərin də iştirakı təmin olunmaqla Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada səslər hesablanmış, müvafiq məlumatlar mütəmadi olaraq internet vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə ötürülmüş və seçkilərin yekunlarını əks etdirən məntəqə və dairə seçki komissiyalarının protokolları tərtib olunaraq 10 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.

Protokolların nəticələrinə görə, yüksək seçici fəallığı ilə keçən seçkilərdə muxtar respublika üzrə səsvermə hüququ olan 266537 seçicidən 219786 nəfəri, yəni 82,5 faizi iştirak etmişdir. Mütəşəkkilliklə keçən seçki prosesi nüfuzlu qurumların müşahidəçiləri tərəfindən də izlənilmişdir. Səsvermə günü seçki hüquqlarının pozuntusu ilə əlaqədar aidiyyəti təşkilatlara heç bir şikayət daxil olmamışdır.
İlkin nəticələrə görə, Naxçıvan Muxtar Respublikası üzrə seçicilərin 90,3 faizi Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.
Digər namizədlərin muxtar respublika üzrə topladıqları səslərin faizləri aşağıdakı kimidir:
    Həsənquliyev Qüdrət Müzəffər oğlu – 6,4 faiz
    Məmmədov Sərdar Calal oğlu – 0,9 faiz
    Quliyev Fərəc İbrahim oğlu – 0,8 faiz
    Ağa-zadə İqbal Fehruz oğlu – 0,6 faiz
    Oruc Zahid Məhərrəm oğlu – 0,5 faiz
    Hacıyev Hafiz Ələmdar oğlu – 0,2 faiz
    Həsənli Cəmil Poladxan oğlu – 0,1 faiz
    İsmayılov İlyas Abbas oğlu – 0,1 faiz
    Əlizadə Araz Məmməd Mübariz oğlu – 0,1 faiz

Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR