22 Dekabr 2024, Bazar

“Oktyabr ayının 9-da keçirilən prezident seçkilərinin elan olunan ilkin nəticələrinə görə, cənab İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin dövlətçilik yoluna inamını ifadə edir.  Seçkilərdə fəal şəkildə iştirak edən naxçıvanlı elm adamlarının seçimi də məhz cənab İlham Əliyev olub”. Bu fikirləri AMEA Naxçıvan Bölməsindəki “Heydər Əliyev lektoriyası”nın “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” adlı 56-cı məşğələsində bölmənin sədri, akademik İsmayıl Hacıyev səsləndirib. Akademik qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyini əldə etməsinin 22-ci  ildönümü ərəfəsində keçirilən “Heydər Əliyev lektoriyası”nın 56-cı məşğələsi ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə olunması və qorunub saxlanılmasındakı xidmətlərinə həsr olunub. Ulu öndər Heydər Əliyevin 35 ildən artıq dövlət idarəçilik fəaliyyətinin və ümumilikdə, həyatının elmi şəkildə öyrənilməsi həm də Azərbaycanın müasir dövr tarixinin öyrənilməsi deməkdir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıx­əliyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. Ölkə başçısı cənab İlham Əliyevin “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır” fikrini xatırladan məruzəçi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanın bu gün həm daxili, həm də xarici siyasətdə qazandığı bütün uğurların əsasında ulu öndər Heydər Əliyevin dövlət idarəçilik konsepsiyası, müəyyənləşdirdiyi siyasi xətt dayanır.
Sonra məşğələ iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tədbirə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR