Qətər Dövlətinin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərindən biri olan Şeraton otelinin binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyindən bildirilib ki, 28 May - Respublika Günü münasibətilə baş tutmuş bu hadisə Qətərdə məskunlaşan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb, şəhərin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.