Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar geriləyərək 35,79 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar ucuzlaşaraq 33,92 dollar təşkil edib.