1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə onlayn şəkildə asfalt üzərində “Naxçıvan - Tarixi Abidələr Diyarı” mövzusunda rəsm müsabiqəsi təşkil olunub. Müsabiqə sosial könüllülərin iştirakı ilə ilk dəfə olaraq video-formatda keçirilib və turizm əhəmiyyətli məkanları əhatə edib.
İştirakçılar Naxçıvan şəhərində yerləşən Yusif Küseyir oğlu və Mömünə xatın türbələri, Saat Meydanı, Sahil Parkı, Xan sarayı, Hüseyn Cavid məqbərəsi kimi tarixi məkanlarda olub, onların rəsmini asfalt üzərində təsvir ediblər.
Tədbirin sonunda müsabiqə iştirakçılarına hədiyyələr verilib, sosial könüllülər təltif olunub.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.