“Müəyyən qərarlar qəbul etmişik, növbəti həftələrdə açıqlanacaq”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı deyib ki, xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq: “Xüsusi karantin rejiminin hansı müddətə uzadılacağı gələcək günlərdə bildiriləcək”.