Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hava Hücumundan Müdafiənin döyüş heyətləri, həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.