Muxtar respublika sahibkarları koronovirusla mübarizəyə fəal qoşulublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılan “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına bu dəfə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı 150.000 min manat ianə köçürüb. Bu barədə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqından məlumat verilib.