Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılan “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC tərəfindən 40.000 manat, "Badamlı Mineral Suları" MMC tərəfindən 20.000 manat ianə vəsait köçürülüb.