Bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Təhlükəsizliyi Xidmətinə tapşırıb ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi qabaqlayıcı tədbirlər görsün, əsassız məlumatların yayılmasının qarşısını alsın.
Həmçinin müşavirədə tapşırılıb ki, Əlahiddə Ümumqoşun Ordu, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Əlahiddə Əməliyyat Briqadası muxtar respublika ərazisində yerləşən hərbi hissə və birləşmələrdə görüşləri və qapalı yerlərdə toplantıları məhdudlaşdırmalı, şəxsi heyətin geyim, ərzaq və digər təminatını nəzərə alaraq ehtiyatların yaradılmasını davam etdirməlidir.