23 Dekabr 2024, Bazar ertəsi


Bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən, ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması ilə əlaqədar hər ikisi işləyən və himayəsində azyaşlı uşaq olan (1-10 yaş) valideynlərdən biri üçün güzəştlər tətbiq edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aid qurumlarla birlikdə qeyd olunan məsələni əmək qanunvericiliyinə uyğun tənzimləməlidir. Mədəniyyət Nazirliyi tabeliyindəki müəssisələrin (kitabxana, muzey, teatr, klub və sair) hər birində dezinfeksiya işləri aparmalı, iş saatları məhdudlaşdırılmalı və əməkdaşların növbəlilik əsasında işə çıxması təmin edilməlidir.

Ali Məclisin Sədri qeyd edib ki, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbərləri tərəfindən siniflər üzrə dərs cədvəlinə uyğun mövzuların seçilib şagirdlərə çatdırılmasını davam etdirməlidir. Gənclər və İdman Nazirliyi isə idman komplekslərinin və zallarının, eləcə də özəl fitnes mərkəzlərinin fəaliyyətini dayandırmalı, dezinfeksiya işləri aparılmalıdır. 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR