23 Dekabr 2024, Bazar ertəsi

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər davam etdirilir.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda, zəruri qidalanma imkanlarını da saxlamaqdır.

Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR