23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində tələbələrin və Hidrometeorologiya İdarəsi əməkdaşlarının iştirakı ilə hidrometeorologiya sahəsində görülən işlərlə bağlı seminar keçirilib.

Tədbiri giriş sözü ilə nazirliyin Bioloji mühit və təbii sərvətlərdən istifadənin təşkili şöbəsinin müdiri Tural Əsgərov açaraq bildirib ki, seminar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixdə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd hamiliyə verilmiş tələbələri muxtar respublikada meteorologiyanın inkişafı və sinoptik kodların təhlili haqqında məlumatlandırmaqdır.
Sonra Hidrometeorologiya İdarəsinin baş mütəxəssisi Əli Cahangirovun “Hidroloji müşahidələr haqqında ümumi məlumat”, idarənin Şahbuz rayonu üzrə hidroloqu Aləm Bağırovun “Hidroloji müşahidələrin aparılması qaydaları”, Kəngərli rayonu üzrə hidroloqu Dağlar Kərimovun “Araz çayında su sərfinin ölçülməsi” mövzularında çıxışları dinlənilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


- Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR