23 Dekabr 2024, Bazar ertəsi

2020-ci ilin fevral ayının son 15 günü ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində bir sıra qərarlar qəbul edilmişdir. Nazirlər Kabinetinin 2020-ci il 20 və 27 fevral tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarlar qəbul edilmişdir. ­Dəyişikliyə əsasən muxtar respublikaya idxal olunan kartof toxumunun fevral, mart, aprel aylarında idxal gömrük rüsumlarının dərəcələri “0”a endirilmişdir. Bu da kartof əkini sahəsinin artmasına və məhsul bolluğuna imkan yaradacaqdır. Digər dəyişikliyə əsasən isə muxtar respublikaya idxal olunan bir sıra alkoqollu içkilərin idxal rüsum dərəcələrində dəyişiklik edilmişdir.

Qəbul edilmiş digər qərarlardan biri “Naxçıvan Muxtar Respublikasında arıçılıqla bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 2009-cu il 13 avqust tarixli 57 nömrəli və “Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2010-cu il 2 fevral tarixli 9 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqındadır. Sözügedən qərara uyğun olaraq arıçılıq məhsullarının minimum keyfiyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ-­hüquqi aktların tələblərinə cavab verməsinə dövlət nəzarətini Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Bu qərarda “Həvəskar və peşəkar arıçılıqla məşğul olma”, “Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması”, “Arıçılıq təsərrüfatlarının uçotu”, “Arıçılığa dair statistik məlumatların tərtibi və təqdim edilməsi” Qaydaları və “Arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin” Siyahısı təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 fevral tarixli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” və “Aqrar sığorta predmetinin Tərkibi”nə daxil olan kənd təsərrüfatı bitkiləri, bitkiçilik məhsulları, heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlara görə hesablanmış sığorta məbləğinin və sığortahaqqının təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Həmin qərara əsasən muxtar respublika üzrə bitkiçilik və heyvandarlıq sahələrində aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi və sığortanın məbləği təsdiq edilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR