Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehlə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi , rəsmi səfərlər və qarşıda duran digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.