Fevralın 26-da Nardaran seysmoloji stansiyasından 112 kilometr şimal-şərqdə - Xəzər dənizində maqnitudası 4.6 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:51:21-də qeydə alınıb.
Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.