23 Dekabr 2024, Bazar ertəsi

Rusiyanın “Arqumentı nedeli” qəzetində “Xocalı sağalmaz yaradır” sərlövhəli məqalə dərc olunub.

Müxbir Sergey Nikitinin məqaləsində Xocalı soyqırımı həqiqətlərindən danışılır. Müəllif yazır ki, ötən əsrin 90-cı illərində Xocalı ermənilərin arxa cəbhəsində qalıb. Az qala yarım il şəhər mühasirədə olub. Ermənilər hesab edirdilər ki, blokadada olan Xocalı Stepanakerti hədələməyə davam edir. Onlar arxa cəbhədə belə bir yaşayış məntəqəsinin olmasına göz yuma bilməzdilər. Lakin sonra baş verənləri hətta hərbi zərurət də doğrulda bilməz.

Məqalədə deyilir ki, fevralın 26-na keçən gecə şəhərə hücum başlanıb. Vahimə içində olan insanlar özlərini buzlu suya atır, qışın oğlan çağında əl-ayağı yalın vəziyyətdə qarla örtülmüş yollarla dağlara üz tuturdular. Onların çoxu dağlarda dolaşaraq yaralardan, soyuqdan donub ölür.

Müəllif telereportyor Yuri Romanovun, helikopterin pilotu, mayor Leonid Kravetsin, Britaniyanın “The Independent” qəzetinin jurnalisti Helen Uomakın xatirələrindən sitatlar gətirir.

Məqalənin sonunda S.Nikitin vurğulayır ki, Xocalı faciəsinin qurbanları unudulmayıb. Bakı, Lənkəran, Haaqa, Berlin, Sarayevo, Ankara və Mexikoda Xocalı soyqırımına həsr olunmuş abidələr ucaldılıb. Azərbaycan hər il izdihamlı mitinqlərdə həlak olanların xatirəsini anır. “Lakin yaddaş bizə təkcə unutmamaq üçün deyil, həm də belə faciələrin bir daha təkrarlanmaması üçün lazımdır”, - deyə müəllif fikrini yekunlaşdırıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR