23 Dekabr 2024, Bazar ertəsi

Şura iclasında 2019-cu ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva çıxış edərək bildirib ki, ölkəmizin bugünkü inkişafında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri olub. Əsası ulu ­öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasətin nəticəsində hazırda ölkəmiz güclü dövlətə çevrilib.

Qeyd olunub ki, yüksək inkişaf yolunda inamla addımlayan Naxçıvan Muxtar Respublikasında da bu gün əldə olunan nailiyyətlər ulu öndərin yolunun və ideyalarının uğurla davam etdirilməsinin bariz ifadəsidir. İnkişaf və tərəqqiyə qovuşan Kəngərli rayonu da həyata keçirilən quruculuq tədbirləri nəticəsində başdan-başa abadlaşıb, infrastruktur ən müasir səviyyədə yenidən qurulub, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və güzəranının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Təşkilat sədri vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının uçotunda 30 ərazi ilk partiya təşkilatında birləşən 3 min 231 partiya üzvündən 1343-ü (41,5 faiz) qadın, 1138-i (35,2 faiz) gənclərdən ibarətdir. 2019-cu ildə Yeni Azərbaycan Partiyası sıralarına 72 üzv qəbul edilib, bunlardan 47-si qadın, 58-i isə gəncdir.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə təşkilatın 4 şura, 11 idarə heyəti yığıncağı keçirilib. Həmin yığıncaqlarda görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin artırılması üçün məqsədyönlü tədbirlər reallaşdırılıb. Ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, onlara metodik köməkliklər göstərilib. 2019-cu il ərzində ərazi ilk partiya təşkilatlarında gənc və yaradıcı qüvvələrin Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsinə nail olunub, onların siyasi-ideoloji hazırlığı diqqət mərkəzində saxlanılıb.
Bildirilib ki, rayonda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların fəaliyyətinə geniş imkanlar yaradıb. Təşkilatın şura üzvləri kəndlərdə ərazi ilk partiya təşkilatlarında olub, partiya üzvləri və sakinlərlə görüşlər, müxtəlif tədbirlər keçirilib.
Sevda Quliyeva bildirib ki, təşkilati işlər bundan sonra da diqqət mərkəzində saxlanılmalı, vətənpərvər, ictimai işlərdə fəal və təşəbbüskar gənclərin partiya sıralarına cəlb edilməsinə nail olunmalıdır.
Yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən təşkilat sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı fəaliyyətini qarşıya qoyulmuş vəzifələrə uyğun quracaq, partiya üzvləri muxtar respublikanın ictimai-siyasi həyatında daha fəal iştirak edəcəklər.
Sonra çıxışlar dinlənilib.
Şura iclasında müzakirəyə çıxarılan məsələ ilə əlaqədar qərar qəbul olunub.

Babək İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR