23 Dekabr 2024, Bazar ertəsi

2019-cu ilin noyabr və dekabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının Tele­viziya və Radio Şurası muxtar respublikada yayımlanan telekanalların fəaliyyətini izləmiş, təhlillər apararaq aidiyyəti üzrə məlumat vermişdir.
Bəhs edilən dövrdə şura rüblük monitorinqlər hazırlayarkən mətbuat xidmətlərinin fəaliyyətini təhlil etmiş, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əməkdaşlığına dair hesabatlar ­ hazırlamışdır.

Şura muxtar respublikada fəaliyyət göstərən teleradiolarda texniki və yaradıcılıq baxımından keyfiyyətin yüksəldilməsinə xüsusi diqqət göstərməklə yanaşı, həm də teleradioların monitorinqini aparır. Noyabr ayından şura tərəfindən müxtəlif tematik istiqamətlər üzrə monitorinqlərin aparılmasına başlanılmış, dekabr ayında bu iş davam etdirilmişdir. Bununla əlaqədar Naxçıvan Dövlət Televiziyasında və Radiosunda, “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunda ədəbi-bədii verilişlərin hazırlanması ilə bağlı monitorinq aparılmışdır.
Tədbirlər planına uyğun olaraq şura sosial şəbəkələrdə Naxçıvanla bağlı yayılan məlumatların təhlilini də aparmış, muxtar respublikanın zəngin tarixi-mədəni irsi və müasir inkişafı ilə bağlı video və fotomaterialların yayılmasında yaxından iştirak etmişdir. Bəhs edilən dövrdə şura Naxçıvanla bağlı 100-dən çox foto və video paylaşmışdır.
Şura tərəfindən həmin dövrdə sosial-iqtisadi, mədəniyyət, elm və təhsil sahələrində Naxçıvan Muxtar Respublikasında əldə edilən nailiyyətlər, burada aparılan infrastruktur quruculuğu, diyarımızın qədim tarixi abidələri, zəngin turizm potensialı ilə bağlı mərkəzi və xarici mətbuat orqanlarında 22 məqalə və reportaj yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR